Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
2013 - CÜ İL ƏRZİNDƏ XOCALI RAYONUNUN SOSİAL - İQTİSADİ VƏZİYYƏTİNƏ DAİR İQTİSADİ İCMAL

0

  • Rayonun yaranma tarixi - 26. 11. 1991 - ci il
    Ərazisi - 0.94 min. kv.km.
    Əhalisi - 27823
    O cümlədən azərbaycanlılar - 14894
    Digər əhali - 12929
    İşğal günü - 26. 02.1992 
                2013 - cü il ərzində Xocalı rayon Statistika idarəsi uçot vahidləri ilə mütamadi əlaqə saxlayaraq hesabların elektron formada (online) rejimində göndərilməsi üçün fəaliyyətdə olan 29 uçot vahidi ilə müqavilə bağlamışdır. İl ərzində uçot vahidləri ilə təlimat xarekterli 2 müşavirə keçirilmiş və bu müşavirələrdə hesabatların vaxtında və düzgün çatdırılması ilə əlaqədar lazımi tövsiyələr vermişdir. İl ərzində tərəfəimizdən 9 təhlilli məruzə, bir bülleten, "Xocalı rayonu inkişaf yolunda" adlı 1 məcmuə çap edilərək aiddiyyatı üzrə istifadəçilərə çatdırılımışdır. 
                                                       Kənd təsərrüfatı

               2013 - cü ilin məhsulu üçün Xocalı rayonunda başqa rayonların əarzilərindən icarəyə götürülmüş torpaq sahələrində yazlıq və payızlıqlar da daxil olmaqla 3665 ha sahədə kənd təsərrrüfatı bitkiləri əkilmişdir. Məhsul götürülən sahədən 3665 hektarını dənlilər təşkil edir. Bunlardan 3000 ha özəl, qalan 665 ha isə nümayəndəliliklər də aparılmışdır. Cəmi biçin aparılmış 3665 ha taxıl sahəsindən 67140 sent. taxıl məhsulu götürülmüşdür. Götürülmüş taxıl məhsulundan 65166 sent. buğda, 1974 sentneri isə arpa olmuşdur. 2013 - cü ildə rayonda 270 ha sahədə isə yazlıq bitkilər əkilmişdir. Bundan 196 ha kartof, 74 ha tərəvəz bitkisi əkilmişdir. 
                    Əkilmiş 196 ha kartof sahəsindən 20691 sent kartof, 74 ha - da sahədən isə 4182 sentner tərəvəz məhsulları götürülmüşdür. Rayonda nümayəndəliklərin məlumatına əsasən sakinlərimiz şəxsi həyətyanı təsərrüfatlarından 15.2 hektar meyvə sahələrindən 46.9 ton müxtəlif meyvə və giləmeyvə məhsulunu öz şəxsi istifadələri üçün tədarük etmişlər. 
                   Bitkiçiliklə yanaşı rayonda heyvandalıq sahəsinə də xüsusi fikir verilmişdir. Belə ki, iri buynuzlu mal - qaranın baş sayı 2013 - cü ilin sonuna 4283 baş, qoyun - keçinin baş sayı isə 26129 baş olmuşdur. Hesabat ilinin sonuna rayonda ət istehsalı 3005 sen, süd istehsalı 48778 sen, yumurta istehsalı isə 64 min ədəd olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı sahəsində xeyli yüksək göstəricilərə nail olunmuşdur.
                                                     Demoqrafik vəziyyət
              2013 - cü il ərzində xocalı rayonunun əhalisi 27823 nəfər olmuşdur ki, bundan da 12929 nəfərini erməni və digər millətlər, 14894 isə nəfəri isə azərbaycanlılar təşkil edir. İl ərzində 201 uşaq doğulmuş, 70 ölüm halı qeydə alınmış, ölənlərdən 1 yaşa qədər uşaq ölümü qeydə alınmamışdır. 
                  İl ərzində rayona gələnlərin sayı 569 nəfər, gedənlərin sayı 307 nəfər olmuşdur. rayonda başqa sahələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət öbyektləri də rayon əhalisini ə xidmət göstərir. 

                                                                                                                                     D.Ə.ƏSƏDOV,
                                                                                                                            Xocalı RSİ - nin rəisi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib44 dəfə
    2013 İL ƏRZİNDƏ XOCALI RAYONUNUN SOSİAL İQTİSADİ VƏZİYYƏTİNƏ DAİR İQTİSADİ İCMAL

    Maraqlı gələ bilər
    47
    189
    9
    55
    41